Çərşənbə axşamı, 30 Aprel

"Azərbaycanda 150-dən çox insanın minaya düşməsi faciədir" - Britaniya səfiri

image

"Keçən ilki qarşıdurmadan sonra mina və partlamamış sursatların səbəb olduğu ölüm və yaralanma xəbərlərini eşitmək məni dəhşətə gətirdi. Atəşkəsdən bəri Azərbaycanda 150-dən çox mülki şəxsin və hərbçinin minaya düşməsi nəticəsində həlak olması və ya yaralanması faciədir".

Xəbər verilir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp videomüraciətində bildirib.

"Səfərlərim zamanı ərazilərin hələ də partlayıcı maddələrlə çirkli oduğunun şahidi olmuşam. Bu ərazilər hazırda dünyanın ən çirklənmiş ərazilərindən biridir və həyat, sağlamlıq, yaşayış üçün risk yaradır. Birləşmiş Krallıq bu kimi təhdidlərlə mübarizədə dünyanın qabaqcıl təcrübəsinə malikdir. Ölkəmizin bu sahədə artıq Azərbaycanı dəstəkləməyə başlamsından məmnunam. UNİCEF-lə birlikdə münaqişənin təsirinə məruz qalmış bölgələrdə mina təhlükəsindən qorunmaq istiqamətində maarifləndirmə tədbirləri təşkil etmişik", - diplomat bildirib.

Onun sözlərinə görə, Britaniyanın minalardan təmizlənmə şirktləri və mütəxəsissləri Azərbaycanda işləyir, Müdafiə Nazirliyi isə mina təmizləmə texnikası ilə bağlı əlavə dəstək və təlimlər təklif edir.

"BMT bölgədə minatəmizləmə əməliyyatlarında və bu təhlükənin öhdəsindən gəlmək, həyatları xilas etmək üçün ölkələrdə fəaliyyət göstərən mina agentliklərinə dəstək verməkdə həlledici rola malikdir. Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət naziri Vendi Mortonun hökumətimizin BMT İnkişaf Proqramına dəstək göstərərək 500 min funt sterlinq və ya 1 milyon manatdan çox vəsait ayıracağına dair elan etdiyi xəbəri paylaşmaqdan məmnunam.

Biz bütün tərəfləri münaqişənin təsirinə məruz qalmış bütün sahələrə humanitar təşkilatların sərbəst giriş əldə etməsi üçün imkan yaratmaq məqsədilə BMT ilə işləməyə dəvət edirik. Bu dəstəyimiz, həmçinin dünyanı piyadalar əleyhinə minalardan təmizləməyə kömək etmək üçün Britaniyanın qlobal səviyyədə öhdəliyinin də mühüm hissəsidir. Məhz bu səbədən Piyadalar Əleyhinə Minaların qadağan edilməsi konvesiyaya dəstək çıxırıq.

Krallıq Ermənistan və Azərbaycanı Ottava konvensiyasına imzalamağa və bundan sonra mina yerləşdirməməyə çağırır. Birlikdə münaqişədən zərər çəkmiş bütün insanlar üçün daha dinc və firavan gələcəyin qurulmasına töhfə verə bilərik", - Şarp vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42